Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakıda kişi qayınanasını boğaraq öldürdü

Bakıda kişi qayınanasını boğaraq öldürdü

 

 

Yanvarın 11-də, Yasamal rayonunda, “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb

 

Yenixeber.org: Bu barədə Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq  məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.  

Yanvarın 12-də fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam