Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əlində kustar üsulla hazırlanan tüfəng partladı- xəsarət aldı

 

Əlində kustar üsulla hazırlanan tüfəng partladı

 

 

İsmayıllı rayon sakini kustar üsulla hazırlanan tüfəngin partlaması nəticəsində ağır xəsarət alıb

 

Yenixeber.org: Hadisə ötən gecə Lahıc qəsəbəsində keçirilən bayram şənliyi zamanı qeydə alınıb.

Rayonun Ərəgit kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Tərlan Məmməd oğlu Lahıc qəsəbəsində bayram tədbiri zamanı kustar üsulla hazırladığı "Dayandoldurum" adlandırılan ov tüfənginə barıt və qırmanı dolduraraq havaya atəş açmaq istəyərkən ehtiyatsızlıq edib və tüfəng onun əlində partlayıb. Qaynaq yerindən partlayan tüfəng Tərlan Tağıyevin əl və üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam