Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan vətəndaşına məxsus qaymaq və pendir qutularında gizlədilən heroin çıxıb

 

Azərbaycan vətəndaşına məxsus qaymaq və pendir qutularında gizlədilən heroin çıxıb

 

Yenixeber.org:Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərquluoğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.

Bu səbəbdən yükün içərisindəki ərzaq mallarının arasında olan ağzı yapışqanla bağlı 3 ədəd qaymaq və 1 ədəd pendir qutularına vizual baxış keçirilib. Nəticədə, qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, cəmi dörd qutuda aşkar olunan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və ümumi təmiz çəkisi 1 kq 20 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam