Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Xırdalanda xadimə işlədiyi evdən 20 min manatlıq qızıl oğurlayıb

 

Mayın 1-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib

 

Yenixeber.org: Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam