Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycanlı iş adamı vəsiyyətini açıqladı

 

“Lukoyl”un prezidenti Vahid Ələkbərov neft şirkətində ona aid olan səhmləri ilə bağlı vəsiyyətini elan edib. 

 

"Xeberinfo.com":  Məlumata görə, Ələkbərov neft şirkətindəki səhmlərini xüsusi xeyriyyə fonduna ötürəcəyini, varislərinin isə ondan birbaşa istifadə edə bilməyəcəyini açıqlayıb. 

Onun fikrincə, bu addım Lukoyl-un direktorlar şurası və səhmlərin vəsiyyət ediləcəyi xeyriyyə fondu üçün yaxşı siqnaldır:

“Bu gün dünya ictimaiyyəti nəinki mənim həyatda olduğum müddətdə, hətta məndən sonra da şirkətin stabilliyinin təmin ediləcəyi üçün bu addımı yaxşı qarşıladı”. Daha sonra azərbaycanlı iş adamı əlavə edib ki, onun ailə üzvləri benefisiarlar olaraq qalacaqlar, lakin məhdud həcmdə.

Qeyd edək ki, hələ 2013-cü ilin sentyabrında Ələkbərov bildirmişdi ki, onun varisləri uzun zaman ərzində “Lukoyl”un səhmlərini sata bilməyəcklər. Ələkərovun sözlərinə görə, öz vəsiyyətində də qeyd edib ki, şirkətdəki səhmlərini idarə etmək üçün fond yaradılacaq və varislər uzun müddət ona yaxın dura bilməyəcəklər.

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam