Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Vahid Ələkbərov 3,3 milyard dollar itirdi

Vahid Ələkbərov 3,3 milyard dollar itirdi

 

 

Azərbaycan əsilli rusiyalı biznesmen, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkəbərov dünyanın ən zəngin 124-cü adamıdır.
Xeberinfo.com:   Məlumata görə, Ələkbərovun 2016-cı il üçün şəxsi sərvəti 8,9 milyard dollar təşkil edib. Onun varidatı 2015-ci illə müqayisədə 3,3 milyard dollar azalıb.
"Forbes" jurnalı Vahid Ələkbərovun dünyanın ən perspektivli neft yataqlarından olan İraqdakı "Kurna-2" yatağına sahib olduğunu və 2016-cı ildə "Lukoyl"un bu yatağı istismar etmək üçün 1,5 milyard dollar xərcləyəcəyini bildirib.
Bundan başqa, qeyd edilib ki, Putinin dostu olmamasına və prezidentin yaxın çevrəsində yer almamasına baxmayaraq, Vahid Ələkbərov da 2014-cü ilin sentyabrında Amerikanın sanksiyaları ilə üzləşib.
Yeri gəlmişkən, Vahid Ələkbərov "Lukoyl"dakı səhmlərini oğlu Yusifə vermək istəyir, amma onun qarşısında şərt qoyaraq, heç bir halda səhmlərini satmayacağı ilə bağlı iltizam alıb. Ələkbərov "Lukoyl"un ailə şirkəti olaraq qalmasını istədiyini deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam