Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Amerikalı maliyyəçi rəsmi Moskvaya sərt ittiham ünvanladı

 

“Avropa İttifaqının gələcəyi təhlükə altındadır”

Amerika maliyyəçisi və tanınmış milyarder Corc Soros Davosda rəsmi Moskvanı sərt ittiham edib və Rusiyanı mafiya dövləti adlandırıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “The Wall Street” jurnalı yazıb.O, deyib ki, Rusiya hakimiyyəti güc hesabına ölkənin resurslarından şəxsi zənginləşməi üçün istifadə edir. İndi hadisələrin gedişatını izləmək və Rusiyanı təcavüzdən imtina etməyə inandırmaq lazımdır.

Amerikalı milyarder bildirib ki, Avropa İttifaqının strateji rəqibi Rusiya tərəfindən Ukraynaya təzyiq göstərilir və beləliklə, güc nümayiş etdirildi. Hadisələrin istiqamətini dəyişdirmək, müstəqilliyi saxlamaq üçün demokratik Ukrayna üçün Qərbin maliyyə köməyinə ehtiyac duyulur.

Onun sözlərinə görə, indi yalnız Ukraynanın gələcəyi deyil, həm də Avropa İttifaqının gələcəyi təhlükə altındadır. Ukraynanın yoxluğu Avropa üçün böyük itki olacaq. Bu, Rusiyanın parçalamaq və hökmranlıq etmək marağını artıracaq.

Mətbuat yazır ki, C.Soros son illərdə Rusiyaya ilk dəfə qarşı çıxmır. O, Davosda prezident Vladimir Putini kəskin tənqid atəşinə tutub: “Vladimir Putin zəiflikdən belə addım atır. Əvvəl, o, kifayət qədər məşhur idi, amma Dmitri Medvedev dövlət başçısı olan zaman Rusiya əhalisini ona qarşı yönəlti. Putin təhlükə, təhdid hiss etdikdən sonra ölkə daxilində və xaricində cəzaya və təcavüzkarlığa üstünlük verdi.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam