Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Matç TV"nin -"Qarabağ"a qərəzli münasibəti ilə əlaqədar müraciət

Matç TVnin Qarabağa qərəzli münasibəti ilə əlaqədar müraciət

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) rusiyalı həmkarlarlna müraciət edib.

Yenixeber.org: Müraciət "Matç TV"nin "Qarabağ" klubunun Avropa Liqasındakı oyunlarını yayımlamaqdan imtinası ilə bağlı edilib.

Məktubda deyilir: "Bugünlərdə Rusiyanın idman televiziya kanalı “Matç TV” Azərbaycanın Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol klubunun Avropa Liqasındakı oyunlarını yayımlamamağa qərar verib. Bu, Azərbaycan tamaşaçısının diqqətindən yayınmayıb.

Azərbaycanda idman jurnalistlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, "Qarabağ"ın oyunlarının yayımlanmasına qadağa Ermənistanı "incitmək" istəməməkdən qaynaqlanır. “Qarabağ” Azərbaycanın ən güclü futbol klubudur və uzun illər ölkəsini UEFA-nın himayəsi altında keçirilən Çempionlar Liqasında və Avropa Liqasında uğurla təmsil edir”.

Məlumatda bildirilir ki, erməni millətindən olanların bunu "bəyənməməsi" ilə əlaqədar "Qarabağ"ın matçlarının Rusiya telekanalında nümayiş olunmasına qadağa Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünməyə əsas verir: "Bu, Ermənistan tərəfinin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər".

AİJF “Matç TV”nin Azərbaycana qarşı qərəzli münasibətini qınayır və bu mövqeyə qəti şəkildə etirazını bildirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam