Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Yuventus" -Türkiyə millisinin daha bir üzvünü transfer etmək istəyir

 

Türkiyə millisinin və Fransanın "Lill" klubunun futbolçusu Yusuf Yazıcı karyerasını İtaliyada davam etdirə bilər.

Yenixeber.org: "France Football" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə "Yuventus" maraqlanır.

Turin təmsilçisi türkiyəli oyunçunu izləmək üçün mütəmadi olaraq skautlar göndərir. Ölkə çempionu Yazıcı üçün mövsümün sonunda klubuna rəsmi təklif göndərməyi planlaşdırır.

"Yuventus" Yazıcını mövsümün sonunda komandadan ayrılacaq Paulo Dibalaya əvəzləyici kimi görür. "Lill"in bu keçid üçün qarşı tərəfdən 40-45 milyon avro tələb edəcəyi gözlənilir.

İtaliya mətbuatı isə istedadlı yarımmüdafiəçi ilə "İnter"in də maraqlandığını iddia edib. Yazıcının adı İngiltərənin "Arsenal" klubu ilə də hallanıb.

Qeyd edək ki, Yusuf Yazıcı cari mövsüm "Lill" forması ilə 23 oyunda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Yuventus"da Türkiyə yığmasının daha bir üzvü Merih Demiral çıxış edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam