Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycan Qran-prisində "Red Bull" hegemonluğu -FOTOREPORTAJ

Azərbaycan Qran-prisində Red Bull hegemonluğu - FOTOREPORTAJ

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.

Yenixeber.org: Sayca beşinci dəfə təşkil olunan yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşib.

"Formula 2"də "Hitech Grand Prix" komandasından Yuri Vips sərbəst yürüşdə, onun komanda yoldaşı Liam Louson isə sıralama turunda finişə birinci çatıb.

"Formula 1"də isə "Red Bull" sürücüsü Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşün qalibi olub.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Foto: Ehtiram Cəbi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam