Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Bakı 2015”in məşəli Alov Qüllələrində

 

"Bakı-2015" I Avropa Oyunlarının məşəli artıq 3-cü gündür ki, paytaxtımızın müxtəlif yerlərinə səyahət edir

"Xeberinfo.com":  Məlumata görə, bu gün isə I Avropa Oyunlarının məşəli "Alov qüllələri"ndən aşağı endirilib. 
Bu vəzifə azərbaycanlı alpinist Renat Rəhimxanova verilib. "Alov qüllələri"ndən aşağı enən alpinist məşəli uğurla yerə çatdırıb. Daha sonra mətbuata açıqlama verən Renat Rəhimxanov çox həyəcanlı olduğunu söyləyib: 
“Mən çox qürur duyuram ki, "Bakı-2015" I Avropa Oyunlarının məşəlini Alov Qüllərindən aşağı endirmək mənə həvalə olundu. Ölkə idmançılarımızın hər birinə uğurlar arzulayıram ki, Avropa Oyunlarında onların yüksək nəticələri olsun. Artıq bütün Avropa bizi izləyir”.
Qeyd edək ki, Renat Rəhimxanov bu gün məşəli Qoşa Qala Qapısı önündə yunan-Roma güləşi üzrə olimpiya və 2 qat dünya çempionu, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Fərid Mansurova təqdim edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam