Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Britaniyalı mütəxəssis magistrantlarımıza “İdman psixologiyası” modulunu tədris edir-FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan "İdman menecmenti" magistr ixtisaslaşması üzrə I tədris ili tələbələrinə "İdman psixologiyası" modulunu tədris etmək məqsədilə Çiçester Kollec Universitetinin (University College Chichester) "İdman psixologiyası" ixtisası üzrə magistr məzunu, Bornmut Universitetinin (Bournemouth University) "İdman psixologiyası və məşqçilik" üzrə doktorantı, "Sauthempton" Futbol Klubunun (Southampton FC) qadınlar və qızlar üzrə performans psixoloqu Amanda Ceyn Pinkney (Amanda Jane Pinckney) Bakıda səfərdədir.

Yenixeber.org: İntensiv keçirilən dərslər zamanı əcnəbi mütəxəssis magistrantlara motivasiya, fərqlilik və optimal performans, özünü və digərlərini anlamaq, bu proseslərə təsir edən amillər haqqında mühazirələr oxuyub. Tədris prosesinin gedişində Amanda Ceyn Pinkney "İdman menecmenti" magistr proqramının tələbələrinə müxtəlif tipli psixoloji testlər və praktiki tapşırıqlar verməklə onların idman psixologiyasını daha dərindən mənimsəməsinə şərait yaradacaq.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam