Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Atletimiz Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir.

Yenixeber.org: Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də olub.

Körpücük üzərinə son olaraq Muhammədəli Məmmədzadə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Muhammədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam