Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

"Sabah" son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır.

Yenixeberorg.com xəbər verir ki, Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməyib.

Masazır təmsilçisinədək sonuncu yeni çempion 2007/2008 mövsümündə ilk titulunu əldə edən "İnter" olub.

Bundan əlavə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.

Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. "Qarabağ" 12, "Neftçi" 9, "Kəpəz" 3, "Şəmkir", "Bakı", "İnter" (indiki "Şamaxı") hərəyə 2, "Turan" və "Xəzər Lənkəran" hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

Xatırladaq ki, "Sabah" Misli Premyer Liqasında sona 4 tur qalmış birinciliyi rəsmiləşdirib.

Azərbaycan çempionları:

1992. "Neftçi"

1993. "Qarabağ"

1993/1994. "Turan"

1994/1995. "Kəpəz"

1995/1996. "Neftçi"

1996/1997. "Neftçi"

1997/1998. "Kəpəz"

1998/1999. "Kəpəz"

1999/2000. "Şəmkir"

2000/2001. "Şəmkir"

2001/2002. Yarımçıq qalıb

2002/2003. Keçirilməyib

2003/2004. "Neftçi"

2004/2005. "Neftçi"

2005/2006. "Bakı"

2006/2007. "Xəzər Lənkəran"

2007/2008. "İnter"

2008/2009. "Bakı"

2009/2010. "İnter"

2010/2011. "Neftçi"

2011/2012. "Neftçi"

2012/2013. "Neftçi"

2013/2014. "Qarabağ"

2014/2015. "Qarabağ"

2015/2016. "Qarabağ"

2016/2017. "Qarabağ"

2017/2018. "Qarabağ"

2018/2019. "Qarabağ"

2019/2020. "Qarabağ"

2020/2021. "Neftçi"

2021/2022. "Qarabağ"

2022/2023. "Qarabağ"

2023/2024. "Qarabağ"

2024/2025. "Qarabağ"

2025/2026. "Sabah"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam