Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bu gün Avropa çempionatında son yarımfinalçılar məlum olacaq

Bu gün Avropa çempionatında son yarımfinalçılar məlum olacaq

 

 

Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatında son 1/4 final oyunları bu gün keçiriləcək.
Xeberinfo.com:  “Report” xəbər verir ki, qalan 2 yarımfinalçının adı İspaniya - İngiltərə və İsveç - Hollandiya matçlarında müəyyənləşəcək. Hər 2 görüş "Bakcell Arena"da olacaq.
Əvvəlcə meydana “D” qrupunun qalibi İspaniya ilə “C” qrupunun ikincisi İngiltərə çıxacaq. Matçı Skandinaviya təmsilçisi Sveyn-Erik Edvartsen idarə edəcək. Elə digər matç da skandinaviyalı FİFA referisinə - finlandiyalı Ville Nevalaynenə həvalə olunub. O, “C” qrupunun lideri İsveçlə “D” qrupunda 2-ci yeri tutan Hollandiya arasında oyunun baş hakimi olacaq.
Xatırladaq ki, ilk yarımfinalçılar Portuqaliya və Almaniya yığmaları olub. Portuqaliya İsveç-Hollandiya, Almaniya İspaniya-İngiıtərə cütünün qalibini gözləyir.
15 May
16:00. İspaniya - İngiltərə
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
"Bakcell Arena" stadionu
20:00. İsveç - Hollandiya
Baş hakim: Ville Nevalaynen

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam