Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Qarabağ” “Neftçi” üzərində qələbə qazandı – Premyer Liqa

qarabag-avroliqa

Görüş Ağdam klubunun 3:0-lıq qələbəsi ilə yekunlaşıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna yekun vurulub.
Xeberinfo.com:   Məlumata görə, son oyunda “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb.
Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”dakı matç nominal meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Əl Hərbi Əl-Jadeyuinin zərbəsini qonaqların qapıçısı Krşevan Santini dəf etsə də, top müdafiəçi Jayro Rodrigesə dəyərək qapı xəttini keçib – 1:0.
İkinci qol isə matçın 47-ci dəqiqəsində vurulub. Bu dəfə Mahir Mədətov adını tabloya yazdırıb. Oyunda son nöqtəni Əl Hərbi Əl-Jadeyui qoyub və oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər qarşılaşmasında “Zirə” AZAL-ı 3:1 hesabı ilə məğlub edib. “İnter” isə “Kəpəz”lə sülh bağlayıb – 2:2.
“Qəbələ” – “Sumqayıt” matçı isə “qırmızı-qaralar”ın Peşəkar Futbol Liqasına müraciətindən sonra təxirə salınıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam