Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etirazlara səbəb oldu

"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etirazlara səbəb oldu

 

İspaniyanın “Atletiko” komandasının futbolçusu Yannik Karraskonun Çempionlar Liqasının III turunda “Qarabağ”la səfər matçı zamanı davranışı azarkeşlərin etirazına səbəb olub

 

Yenixeber.org:  24 yaşlı yarımmüdafiəçi oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan oyunun 72-ci dəqiqəsində Anxel Korrea ilə əvəzlənən zaman meydanı tərk etməyə tələsməyib. İspaniyalı azarkeşlər hesab edirlər ki, “Atletiko”nun qələbə qolunu vurmaq üçün vaxta ehtiyacı olduğu halda, belçikalı oyunçunun bu davranışı qəbuledilməzdir.

Tanınmış ispaniyalı jurnalist Xulio Maldonado da daxil olmaqla, bir çox şəxs “Twitter” hesablarında belçikalı futbolçunu tənqid ediblər.

Qeyd edək ki, “Atletiko” “Qarabağ”la qolsuz bərabərə qalmaqla, qrupdan çıxma şanslarını çətinə salıb. Madrid təmsilçisi hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb və 2-ci sıradakı “Roma”dan 3 xal geri qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam