Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya idmançısında dopinq aşkarlandığından ölkənin kerlinq yığmasının Olimpiya medalı alına bilər

 

 

Rusiyanın kerlinq idmançısı Aleksandr Kruşelniçkinin "B" dopinq testi müsbət nəticəni verib: - idmançının orqanizmində meldoni aşkar edilib

 

Yenixeber.org: Bu barədə Rusiyadan olimpiya atletlərinin nümayəndə heyətinin bəyanatında bildirilir.

Qeyd edilir ki, idmançıda aşkar edilmiş maddənin miqdarı onun bir dəfə istifadə olunduğunu göstərir.

Bəyanatda həmçinin bildirilir ki, Rusiyanın Olimpiya Komitəsi hadisənin təfərrüatlarının hərtərəfli araşdırmasına təşəbbüs göstərir. Faktın təfərrüatları həmçinin Rusiya Federasiyasının cinayət qanunvericiliyi çərçivəsində araşdırılacaq.

"Mən açıq təsdiqləməyə hazıram ki, idmanla məşğul olduğum gündən heç vaxt qadağan edilmiş preparatlardan və idman mübarizəsinin aparılmasında hər hansı başqa qeyri-düzgün üsullarından istifadə etməmişəm", - deyə Kruşelniçkinin rəsmi açıqlamasında deyilir.

Rusiyanın Kerlinq Federasiyasının prezidenti Dmitri Svişev də öz növbəsində qalmaqaldan sonra, Qış oyunlarının bürünc medalının Rusiya yığmasından alına biləcəyini istisna etməyib.

Xatırladaq, Aleksandr Kruşelniçki xanımı Anastasiya Brızqalovla ilə birlikdə tarixdə ilk dəfə Rusiyaya Olimpiya oyunlarında kerlinq medalı qazandırıblar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam