Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan güləşçiləri İranda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar

 

 

 İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib

 

Yenixeber.org: Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının qatıldıqları turnirdə Azərbaycanı sərbəst güləş üzrə gənclərdən ibarət yığma üzvləri təmsil edib. Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb. Onlar turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qızıl, Alimaqomed Alixmayev (97 kq) gümüş, Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medala yiyələnib. Məmmədəliyev həlledici qarşılaşmada ermənistanlı rəqibini yenib. Komanda hesabında Azərbaycan yığması ikinci olub.

Görüşlərin idarə edilməsində ölkəni milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam