Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Makedoniya yığmasının futbolçusu Azərbaycanla oyunun əhəmiyyətindən bəhs edib

 

"Millətlər Liqasının startınadək hazır vəziyyətdə olmalıyıq. Qarşıdakı yoxlama oyunlarında bizi gələcəkdə nələrin gözlədiyini görəcəyik"

 

Yenixeber.org: Bunu Makedoniya milli komandasının futbolçusu Stefan Ristovski Türkiyənin Antalya bölgəsində Finlandiya və Azərbaycan yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.

Makedoniya Futbol Federasiyasının rəsmi saytına açıqlama verən Portuqaliya "Sportinq"inin müdafiəçisi komandanın xarakterinin gücləndirilməsi üzərində çalışmalarının vacibliyini bildirib. O, kollektivdaxili ab-havanın yüksək olduğunu söyləyib: "Yığmanın düşərgəsinə həmişə sevinclə gəlirik. Antalyadakı 10 günlük hazırlıq prosesindən xətlərarası əlaqə və uyğunlaşma baxımından böyük irəliləyişə nail olmaq üçün yararlanacağıq. Təbii ki, Finlandiya və Azərbaycanla oyunlara hazır olacağımıza ümidvaram".

Qeyd edək ki, Makedoniya yığması Finlandiya ilə martın 23-də "Qloriya", Azərbaycanla isə martın 27-də "Mardan" stadionunda üz-üzə gələcək.     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam