Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan cüdoçuları Avropa Kubokunda 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

 

 

İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında Avropa Kuboku keçirilir

 

Yenixeber.org: İlk yarış günündə Azərbaycan millisi 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə 55 kq çəki dərəcəsində yer alan Balabəy Ağayev yüksəlib. O, finalda həmyerlisi Rəxşan Baxışəliyevi üstələyib. Baxışəliyevdən əlavə, digər gümüş medala 60 kq çəkidəki Yaşar Nəcəfov layiq görülüb. Bürünc medalları isə 55 kq çəkidə Rövşən Əliyev və 60 kq-da Əhməd Yusifov əldə ediblər.

Beləliklə, Azərbaycan cüdoçuları 55 kq çəkidə hər 3 əyarlı, 60 kq-da isə gümüş və bürünc medalları qazanıb.

Qeyd edək ki, 36 ölkədən 606 cüdoçunun qatıldığı Avropa Kubokuna bu gün yekun vurulacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam