Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Braziliyalı futbolçu "Beşiktaş"ın prezidentini qəzəbləndirdi

 "Beşiktaş"ın Cenk Tosunun boşluğunu doldurmaq üçün transfer olunan Vaqner Lav klubu çətin vəziyyətə qoyub

Yenixeber.org:  33 yaşlı forvard ötən mövsümdən qalan 700 min avro borc üçün FİFA-ya şikayət edib. Lavın "qara qartallar"la hələ 2 illik müqaviləsi var. Futbolçunun bu hərəkəti Beşiktaş prezidenti Fikret Ormanın hiddətinə səbəb olub. "Habertürk"ün yazdığına görə məsələdən xəbər tutan Orman : "Biz onu bütün təzyiqlərə rəğmən dəstəklədik. Bizə nə fayda verdi ki, şikayət də edir? Zaman-zaman məvaciblərdə yubanma olur, amma ödəmələr edilir. Bundan sonra klubda qala bilməz. Lazım gəlsə, borc müqabilində pulsuz göndərərik", - deyib.
Qeyd edək ki, məvacibinin gecikdirilməsindən narazı qalan digər legioner Qari Medel olub. O, vəkili vasitəsilə rəhbərlikdən ödəniş etməyi istəyib. Vəziyyətin gərginləşməməsi üçün çilili futbolçunun tələbi yerinə gətirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam