Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib -FOTO

 

 

Futbol üzrə Fransa və Xorvatiya yığmaları arasında keçirilmiş 2018-ci il dünya çempionatının final matçından sonra mükafatlandırma mərasimi keçirilib.

Yenixeber.org: Məlumata görə, əvvəlcə fərdi mükafatlar təqdim olunub. Fransa yığmasının hücumçusu Kilian Mbappe çempionatın ən gənc oyunçusu kimi təltif olunub. Xorvatiya yığmasının kapitanı Luka Modriç mundialın ən yaxşı futbolçusu üçün mükafata sahib çıxıb. Belçika yığmasının qolkiperi Tibo Kurtua çempionatın ən yaxşı qapıçısı sayılıb.

Daha sonra argentinalı Nestor Pitananın rəhbərlik etdiyi hakimlər briqadası səhnəyə dəvət olunub. Ardından növbə final matçının iştirakçılarına çatıb. Bu zaman "Lujniki" stadionunda leysan yağışı başlayıb. Lakin bu, mükafatlandırma prosesinin gedişinə heç bir təsir etməyib. Xorvatiya yığması üzvlərinə gümüş medalların təqdim olunmasından sonra Fransa millisi tarixində ikinci dəfə qızıl medallarına və Dünya Kubokuna qovuşub.

Qeyd edək ki, mükafatları FİFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç təqdim edib.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam