Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda keçiriləcək Avropa Liqasının final oyununun biletləri satışa çıxarılıb

 

 

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.

Yenixeber.org: Təşkilat Komitəsindən verilən məlumata görə, bu gündən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.

Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər. 

Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam