Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azad Rəhimov: "Qarabağ"ın şansları böyükdür və hər şey futbolçuların əlindədir" -VİDEO

Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Yenixeber.org: A.Rəhimov Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib. Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: "Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"sı çox güclü komandadır. "Qarabağ" Lüksemburq "Düdelanj"ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".

Nazir "Qarabağ"la müqayisədə Türkiyə təmsilçisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb: "İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək. 

Vüsalə Abbasova

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam