Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hacı Əliyevə qarşı haqsızlıq, qalmaqal düşdü - VİDEO

Hacı Əliyevə qarşı haqsızlıq, qalmaqal düşdü - VİDEO
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Hacı Əliyev ilk görüşünə çıxıb.

Yenixeber.org:  65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu H.Əliyev rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib. Hakimlərin haqsız qərarı nəticəsində təmsilçimiz ilk görüşdə uduzub.
Belə ki, birinci hissədə pəhləvanımız 2:1 hesabı ilə geriyə düşüb. İkinci hissədə rusiyalı idmançı yenidən önə keçib - 3:2. Buna baxmayaraq, son saniyələrdəki fəndləri ilə Əliyev hesabı 4:3 öz xeyrinə dəyişib. Lakin Rusiya tərəfin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Hakimlər isə cavab olaraq qırmızı vərəqəni Əliyevə göstərərək onu yarışdan uzaqlaşdırıblar. Güləşçi daha sonra hakimlərin üzərinə getmək istəyib. Məşqçilər və yerli polisin müdaxiləsindən sonra Əliyevi güləş döşəyindən uzaqlaşdırmaq mümkün olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam