Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Premyer Liqada II dövrəyə yekun vurulub, "Neftçi" "Qarabağ"la xal fərqini azaldıb

 

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

Yenixeber.org: İlin XIV tura təsadüf edən son matçında "Sabah" "Neftçi"ni qəbul edib. 

Masazırdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 2:0. Oyunun 45+2-ci dəqiqəsində Anton Krivotsyuk künc zərbəsindən sonra başla fərqlənib. Son nöqtəni isə Stiven Monroz 90+2-ci dəqiqədə qoyub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Ağ-qaralar" lider "Qarabağ"dan 6 xal geri qalırlar. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Turun qalan görüşlərinə gəlincə, "Zirə" "Səbail"i məğlub edib 4:1. "Qarabağ" - "Keşlə" 2:2, "Sumqayıt" - "Qəbələ" isə 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, III dövrəyə gələn il fevralın 1-də start veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam