Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu idmançılarla bağlı qərar verildi

 

 

Tokio-2020-yə lisenziya qazanmış idmançılar 2021-ci ilə təxirə salınmış Yay Olimpiya Oyunlarında təsnifat mərhələsi keçmədən iştirak edə bilərlər.

Yenixeber.org: Məlumata görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

"Aydın məsələdir ki, Tokio olimpiadası üçün təsnifat mərhələsini keçmiş idmançılar lisenziyaları özlərində saxlayırlar. Bu, yarışın Tokio-2020 adı ilə qalmasından da görünür" deyə almaniyalı funksioner vurğulayıb.

Qeyd edək ki, martın 24-də IOC koronavirus pandemiyası ilə əlaqədar Oyunların 2021-ci ilə təxirə salınmasına qərar verib. Hələlik olimpiadaya vəsiqələrin 57 faizi sahiblərini tapıb. Lisenziyalardan 15-ni Azərbaycan idmançıları qazanıblar. Tokio-2020-də 11 min idmançı iştirak edəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam