Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu olimpiadanın da təxirə salınma variantı nəzərdən keçirilir

 

Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilatçıları olimpiadanın koronavirus pandemiyası ilə əlaqədar daha gec tarixə təxirə salınması istiqamətində mümkün variantları nəzərdən keçirməyə başlayıblar.

Yenixeber.org: Bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Mənbələrdən biri onlardan Oyunların təxirə salınma halına simulyasiya etməyin xahiş olunduğunu söyləyib. Digəri isə deyib: "Biz alternativ planlar üzərində işləyir, təxirəsalmanın müxtəlif müddətlərini öyrənirik".

Təşkilatçıların olimpiadanın azarkeşsiz keçirilmə variantını da nəzərdən keçirdikləri bildirilir. Hərçənd, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi (IOC) əvvəllər belə variantı təkzib edib. Yekun qərarı da IOC verəcək. Amma bu qurum Yaponiyanın tələblərini də nəzərə almağa çalışacaq.

Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqustda keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar bütün böyük yarışlar ləğv olunub və ya təxirə salınıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam