Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan Premyer Liqası klublarının növbəti sınağı -AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən 6 klub növbəti dəfə yoxlama oyunları keçirəcək.

Yenixeber.org: Günün iki qarşılaşması eyni saatda start götürəcək.

Koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk sınaq matçında "Keşlə"yə 3:1 hesabı ilə qalib gələn "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

Əvvəlki oyunda "Qarabağ"a 0:5 hesabı ilə uduzan "Sabah"ın budəfəki rəqibi "Zirə" olacaq. "Bank Respublika Arena"dakı matçın da başlama saatı 19:00-dır.

Günün son qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Səbail"lə üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək.

Qeyd edək ki, bu günə "Sumqayıt" və "Keşlə" komandaları arasında da yoxlama oyunu nəzərdə tutulsa da, sonuncular oynamaqdan imtina etdiyi üçün görüş baş tutmayacaq.

13 iyun

Yoxlama oyunları

19:00. "Neftçi" - "Qəbələ"

"Bakcell Arena"

19:00. "Sabah" - "Zirə"

"Bank Respublika Arena"

19:30. "Qarabağ" - "Səbail"

Tofiq Bəhramov adına Respubliika Stadionu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam