Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanın Türkiyəyə qaz ixracı -34%-dən çox artıb

Azərbaycanın Türkiyəyə qaz ixracı 34%-dən çox artıb

Bu ilin avqust ayında Türkiyə Azərbaycandan 986 mln kubmetr həcmində təbii qaz idxal edib.

Yenixeber.org: Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin avqust ayından 34,2% çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan 2-ci yerdə qərarlaşıb, bazardakı payı isə 29,4% təşkil edib. İlk yerdə 1,37 milyard kubmetrlə Rusiya (illik müqayisədə 5,5% az), 3-cü sırada isə 406 milyon kubmetrlə İran (2,5 dəfə çox) qərarlaşıb.

Avqust ayında Türkiyənin ümumi qaz idxalının həcmi illlik müqayisədə 6,4% artaraq 3,35 milyard kubmetrə yüksəlib ki, bununda 2,76 milyard kubmetri və ya 82,4%-i boru kəmərləri ilə idxal olunan qaz, 591 milyon kubmetri və ya 17,6%-ni isə LNG təşkil edib. Hesabat dövründə boru kəmərləri ilə idxal olunan qazın həcmi 17,8%, LNG-nin alışları isə 26,1% azalıb.

Qeyd edək ki, bu ilin avqust ayınadək Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə (iyulda bazarda payı 46,09% təşkil edirdi) qərarlaşmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam