Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“SOCAR Turkey Energy“nin səhmləri satışa çıxarılacaq

 

2020-2021-ci illərdə "SOCAR Turkey Energy" şirkətinin səhmlərinin bir hissəsi birjada satışa çıxarılacaq.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə "SOCAR Turkey Energy" şirkətinin rəhbəri Kənan Yavuz Türkiyənin CNBC telekanalına müsahibəsində deyib.   "2020-2021-ci illərdə şirkətimizi xalqa açıq etmək istəyirik. Şirkətimizin səhmlərinin bir hissəsi, yəni "Goldman Sachs International" investisiya şirkətinin sahibi olduğu səhmlər satışa çıxarıla bilər. Satışa çıxarılacaq hissələr 13-15%, hətta bundan yüksək də ola bilər. Bu həcm həmin zaman bazarın tələblərindən asılı olacaq", - deyə K. Yavuz bildirib.   K. Yavuz əlavə edib ki, "Goldman Sachs International" SOCAR-ın strateji tərəfdaşıdır.   Xatırladaq ki, "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"dəki səhm paketinin 13%-ni satıb. "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları təşkil edib. "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam