Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DSMF vergi borcu olan şirkətdən 315 minə Rusiya istehsalı olan avtobus alır?


Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Müsabiqənin qalibi “Ref Motors” MMC (VÖEN – 1403064391) olub.

DSMF qalib şirkətdən 314 min 706 manata bir ədəd avtobus alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ref Motors” MMC 16 mart 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ağayev Ədalət Cəlil oğludur.
“Ref Motors” MMC-nin rəsmi saytında yerləşdirilən məlumatlardan (https://refmotors.az/cardaz/cardbusaz.html ) belə görünür ki, şirkət hazırda Rusiya istehsalı olan 6 növ avtobus satır.
Onu da bildirək ki, “Ref Motors” MMC-nin hazırda dövlət büdcəsinə 18 min 7 manat 21 qəpik vaxtında ödənilməyən vergi borcu da var.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam