Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Exchange”lərdə dollar 1,6 manata satılır

14506797265950625115_750x500

Azərbaycanda «üzən məzənnə»yə keçidin elan edilməsi özünə dərhal valyutadəyişmə məntəqələrində də göstərib.

Xeberinfo.com:   Məlumata görə, məntəqələrin heç də hamısı yeni məzənnəyə keçməyə tələsmirlər. Belə ki, Bakıdakı valyuta dəyişmə məntəqələri hazırda 3 rejimdə çalışırlar.
Fins.az-ın əməkdaşı paytaxtın mərkəzindəki “exchange”lərdən müşahidə aparıb. Belə ki, valyuta dəyişmə məntəqələrinin bir qismində hazırda nə alış, nə də satış var. “Echange”lərin bir qismi dolları 1.60 məzənnə ilə satırlar. Ancaq alan yoxdur.
Bəzi valyuta dəyişmə məntəqələri isə dolları köhnə məzənnə ilə, yəni 1.06 manata alırlar. Lakin satış dayandırılıb. Hazırda valyuta dəyişmə məntəqələrinin qiymət siyahısında dolların satış qiyməti göstərilmir. Ancaq köhnə alış qiyməti olaraq 1.055 qeyd edilib.
Valyuta dəyişmək istəyənlər isə dolların satılmamasından narazıdırlar. Alıcılardan biri fins.az-a bildirib ki, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında “Kredobank” və «Parabank»ın “exchange”inə müraciət etsə də, ona dollar satılmadığı deyilib.

14506797265950625115_750x5001450679726514354308_750x50014506797263550958539_750x500

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam