Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

”Valyutadəyişmə məntəqələrinin bağlanması panika yaradacaq”

natiq-cederli

“Dünyada ideya və pulun qarşısını heç nə ilə kəsmək olmaz”

 

Xeberinfo.com:   Sosial şəbəkələrdə və portallarda valyutadəyişmə məntəqələrinin qapadılacağı ilə bağlı məlumatlar yayılıb. Deyilənlərə münasibətini açıqlayan iqtisadçı Natiq Cəfərli öz Facebook səhifəsində yazıb:

“Xəbər yayılıb ki, valyutadəyişmə məntəqələrini bağlayırlar, bundan sonra dollar alış-satışını banklar həyata keçirəcək. O valyutadəyişmə məntəqələri, məgər süd zavodunun filiallarıdır? Onlar da banklara aiddirlər axı. Bu, nəyə dəyişəcək ki? Tam tərsi, panika havasını daha da artıracaq, qara bazarı genişləndirəcək”.

 

qtisadçı hesab edir ki, “polis onları tutacaq, nəzarət edəcək” kimi fikirlərin əsası yoxdur: “Heç sovet polisi onlarla bacarmırdı, bir də ki, polis adam deyil, “yemək” istəmir? 21-ci əsrdə polislə qara bazarın qarşısını almaqmı olar? Sovetdən qalan hökumətimiz anlamır ki, artıq internet var, müxtəlif proqramlar var, tutalım, küçədə qoymayacaqsan satmağa, WhatsApp-da qrup yaradacaqlar, sifariş alıb dolları birbaşa evə gətirəcəklər.

Bu hökumət hələ də anlamır ki, dünyada ideya və pulun qarşısını heç nə ilə kəsmək olmaz. Bunlar saça kəpək düşəndə, başı birdəfəlik kəsməklə problemi həll etmək istəyən “optimist” nəslin nümayəndələridirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam