Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Dünya Bankı Azərbaycanla bağlı bəyanat yaydı

World_bank_221010

 

Dünya Bankı və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli komplek tədbirləri müzakirə edir.

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə DB-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
Məlumata görə, qurum Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb: “Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır”.
Qeyd edək ki, yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya Bakıya səfərə gəlib. Məlumata görə, Azərbaycan hökuməti Dünya Bankından 1 mlrd. ABŞ dolları civarında kredit almaq istəyir və missiya məhz bu kreditin şərtlərini müzakirə etmək üçün gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam