Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

2 il əvvələ nisbətən neft gəlirimiz 3 dəfə azalıb

1378802984_neft_bahalasma_00

Qaz ixracı isə 46 faiz azalıb

Xeberinfo.com:  2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 4 milyard 165 milyon 218 min dollarlıq xam neft ixrac olunub.“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin ilk 8 ayı ilə müqayisədə xam neft ixracı 35% azalıb.
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 6 milyard 394 milyon 879 min dollarlıq, 2014-cü ilin 8 ayı ərzində isə 13 milyard 129 milyon dollarlıq xam neft ixrac olunmuşdu. Beləliklə, son 2 ildə neftdən gəlirimiz 3 dəfədən çox azalıb.

2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 236 milyon 435 min dollarlıq neft məhsulları (56% azalıb), 632 milyon 993 min dollarlıq təbii qaz (46% azalıb), 8 milyon 882 min dollarlıq elektrik enerjisi ixrac olunub (23% azalıb).
Qeyd edək ki, 2015-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 1 milyard 167 milyon 173 min dollarlıq təbii qaz ixrac olunmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam