Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Azərbaycanda bəzi banklar qanunvericiliyi pozur”

nusret-ibrahimovAzərbaycanda fəaliyyət göstərən bəzi kommersiya banklarının daxilində qeyri-qanuni qiymətləndiricilər fəaliyyət göstərir.

Xeberinfo.com:   Bunu “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Qeyd edək ki, bu, “Qiymətləndiricilərin fəaliyyəti haqqında” qanunun müddəalarına ziddir. Qanuna əsasən, bankların daxilində qiymətləndiricilərin fəaliyyəti mümkün deyil. Çünki maraqlı tərəf qiymətləndirici kimi çıxış edə bilməz.

N.İbrahimov bildirib ki, buna görə də müstəqil qiymətləndiricilərin gəlirlərində bankların sayı kəskin azalıb: “Bizim portfelimizdə əvvəllər bank sektorunun payı 80-85% idisə, 2016-cı ildə bu göstərici cəmi 4%-ə düşüb. Gəlirlərimizdə başqa sahələrin, xüsusilə də fərdlərin sayı çoxalıb”.

Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox qiymətləndirici fəaliyyət göstərir. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam