Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır" -Banklar Assosiasiyasının prezidenti

zakir-nuriyev-3

“Kapital çatışmazlığı ilə üzləşən bankların sayı 10-a yaxındır”.

Yenixeber.org:   Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

“Kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır. Bilirsiniz ki, bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Və buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır. Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var, lakin beynəlxalq standartlara əsasən vəziyyət fərqlidir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır”, – deyə Z.Nuriyev qeyd edib.

Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kapital çatışmazlığı ilə üzləşən dörd bank tənzimləyicinin nəzarətinə götürülüb. Buna münasibət bildirən assosiasiya prezidenti deyib ki, Palatanın nəzarətində olan bankların sayında dəyişiklik yoxdur: “Palatadan verilən məlumata görə, hələlik bu cür bankların sayında dəyişiklik mövcud deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam