Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Dollar satışındakı 4 faizlik marjanın ləğvi "qara bazar”ın qarşısını alacaq"-Millət vəkili

vahid

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın "tam üzən məzənnə” siyasətinə keçməsi və 4 faizlik marjanın ləğv edilməsilə bağlı açıqlama verib. 

Xeberinfo.com:   O bildirib ki, Mərkəzi Bank birdən-birə "tam üzən məzənnə” siyasətinə keçməyəcək:

"Bununla əlaqədar olaraq addımlar atılıb. Bu, "Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Amma birdən-birə bu siyasətə keçmək qeyri-mümkündür. Çünki müəyyən problemlər yarana bilər. Dünən Mərkəzi Bank və kommersiya banklarının birgə iştirakı ilə toplantı keçirildi. Banklara müəyyən göstərişlər verildi. Yəqin ki, bir müddət sonra nəticələrini görəcəyik”.

V.Əhmədov bildirib ki, dollar satışındakı 4 faizlik marjanın ləğVi "qara bazar”ın qarşısını alacaq:

"Marjanın götürülməsi "qara bazar”ın ləğvi və banklarda dollar satılmasını təmin edəcək. Amma bunlar müəyyən müddətdən sonra baş verəcək. Mən inanmıram ki, bu qısa zamanda baş versin. Proses mərhələli şəkildə, təxminən 5-6 aya icra olunacaq. Əks təqdirdə, maliyyə bazarında ciddi problemlər yaranacaq. Cənab Prezident Dövlət Neft Fondunun büdcəsini təsdiq etdi. Orada 7, 5 milyon manat Mərkəzi Banka transfer nəzərdə tutulub. Bunun üçün də vaxt lazımdır”.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam