Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Neft qiymətləri ilə bağlı proqnozları yenilənib

 

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) "Brent" markalı neftin qiyməti ilə bağlı 2018-ci il üçün proqnozunu 62,39 dollar/barelə yüksəldib

 

Yenixeber.org: Bu barədə EIA-nın qısamüddətli aylıq proqnoz hesabatında bildirilir. 

2019-cu il üçün isə "Brent" markalı neftin orta qiymət proqnozu 61,51 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, WTI markalı neft üçün 2018-ci ilin orta qiymət proqnozu 58,28 dollar, 2019-cu il üçün isə 57,51 dollar ehtimal edilir.

EIA həmçinin ABŞ-ın neft hasilatı üzrə 2018-ci il üçün proqnozunu növbəti tarixi rekord hədd - 10,6 mln. barel/günə çatdırıb. Qeyd edək ki, yanvar proqnozunda bu göstərici 10,3 mln. barel/gün təşkil edib. 2019-cu il üçün isə ABŞ-dakı gündəlik neft hasilatı 11,2 mln. barel səviyyəsində proqnozlaşdırılır.

 

EIA-nın ilkin hesabatına əsasən, 2018-ci ilin yanvarında ABŞ-da neft hasilatı 10,17 mln. barel/gün təşkil edib. Bu isə analoji dekabr göstəricisindən 0,1 mln. barel/gün çoxdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam