Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Türkiyə əllə toxunan xalçaların ixracını artıracaq

 

 

Yaxın illərdə Türkiyənin bir çox bölgələrində əllə xalça toxunması üçün yeni emalatxanalar qurulacaq

 

Yenixeber.org: Bu barədə qonşu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi açıqlama verib.

Onun sözlərinə görə, məqsəd Türkiyədə bu işlə məşğul olanların sayını 30 minə, əllə toxuma xalça ixracının dəyərini isə 1 mlrd. ABŞ dollarına çatdırmaqdır: “Bu rəqəm bir qədər əvvəl 1 mlrd. dollara yaxınlaşmışdı, sonradan 50-100 mln. dollar gerilədi. Hədəfimiz ixracda 1 mlrd. dolları keçməkdir”.

Qeyd edək ki, türkiyəli ustalar yun xalçaların toxunmasına 3-6 ay, ipək xalçaların toxunmasına isə 1-3 il vaxt sərf edir. Hazırda bu ölkənin istehsalı olan və əllə toxunan ipək xalçaların qiyməti 5-100 min lirə (2-43 min manat) arasında dəyişir. Onlar, təqribən, 30 ölkəyə ixrac edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam