Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycanda yeni günəş elektrik stansiyaları açılacaq

Azərbaycanda yeni günəş elektrik stansiyaları açılacaq

 

 

Yaxın zamanlarda Azərbaycanda iki yeni günəş elektrik stansiyası açılacaq

 

Yenixeber.org: Bu barədə özəl olaraq "Azgüntex" şirkətinin baş texnoloqu Nizami Əsgərov məlumat verib.

N.Əsgərovun sözlərinə görə, stansiyalar şirkətin günəş panelləri ilə işləyəcək:

"Bakının Sahil qəsəbəsindəki stansiya artıq istifadəyə tam hazırdır. Onu elektrik şəbəkəsinə qoşmaq qalır. Stansiya işə düşəndən sonra Sumqayıt şəhərindəki analoji stansiyanın istifadəyə verilməsi planlaşdırılır".

Bu gün Azərbaycanda günəş elektrik stansiyaları Qobustan və Samux şəhərlərində, eləcə də Pirallahı və Suraxanı qəsəbələrində fəaliyyət göstərir.

N.Əsgərov bildirib ki, Qobustandakı stansiya şəhərin elektrik enerjisinə olan tələbatını tam təmin edir:

"Məqsəd bu cür elektrik stansiyalarının sayını artırmaq və alternativ enerjinin imkanlarından maksimum yararlanmaqdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam