Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İndiyədək dünya bazarına 482 mln. ton Azərbaycan nefti çıxarılıb


Yenixeber.org: AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadəbildirib.

O bildirib ki, bu həcmin 362 mln. tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

SOCAR rəsmisi qeyd edib ki, indiyədək dünya bazarına nəql olunan neftin  262 mln. tonunu  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-“Çıraq-“Günəşli”  yataqlar blokundan çıxarılan və Azərbaycanın payına düşən nefti təşkil edib.

X.Yusifzadənin sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) indiyədək AÇG-dən 460 mln. ton neft hasil edilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş saziş imzalanıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam