Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Neftin qiyməti 100 dollara qalxacaq

    

Neftin qiyməti 100 dollara qalxacaq
2018-ci ilin sonunadək dünya bazarında neftin 1 barrelinin qiyməti 100 dollaradək qalxacaq.
 Yenixeber.org: Bu barədə Sinqapurda keçirilən Asiya-Sakit okeanı Neft Konfransında enerji və əmtəə ticarəti üzrə nüfuzlu “Trafigura” və “Mercuria” şirkətləri proqnoz veriblər. 

Şirkətlərin hesablamalarına əsasən, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi enerji sanksiyaları qüvvəyə mindikdən sonra demək olar ki, gündəlik 2 milyon barrel xam neft dünya bazarından çıxarılacaq. Bazarda bu qədər neft itkisini əvəzləyəcək adekvat təchizatçı olmadığından, İran ətrafında baş verənlər qiymətlərə təsir edəcək. Bu da nəticədə ilin sonu, yaxud 2019-cu ilin əvvəlindən başlayaraq neft qiymətlərinin 100 dollara çatmasına səbəb olacaq. 

Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam