Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda bahalaşma davam edir –Sanksiyalar təsirini göstərir

ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra ölkədə ərzaq malları ilə yanaşı, meyvə-tərəvəz məhsullarının qiymətlərində və xidmət sektorunda bahalaşma qeydə alınıb.

Yenixeber.org: Ötən həftə ərzində istixana pomidorunun qiyməti 110 min riala (2,61 dollar), xiyarın isə 65 min riala (1,54 dollar) çatıb. İranın Meyvə-Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar jurnalistlərə bildirib ki, meyvə tərəvəzin qiyməti 29 faiz bahalaşıb. Onun sözlərinə görə, bu dövrdə tarla məhsulları sovuşur və bazara istixanalarda yetişdirilən məhsullar çıxarılır. Bu da bahalaşmanın əsas səbəbidir. Bunlarla yanaşı, İran bazarlarında satılan xurma, püstə, digər çərəz növlərinin və ədvaların da qiymətində bahalaşma müşahidə edilir. İctimai nəqliyyatda qiymətlər sabit qalsa da, taksi xidmətində qiymətlər artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam