Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Belarusla Azərbaycan birgə süd məhsulları istehsal edəcək

Aprel ayında ilkin nəticələr qiymətləndiriləcək.

Yenixeber.org: Belarus Azərbaycana süd məhsullarının birgə istehsalının yaradılması imkanını nəzərdən keçirməyi təklif edib.

Bunu Belarusun baş nazir müavini Mixail Rusıy Minskdə səfərdə olan Gəncə şəhər icra hakimi Niyazi Bayramovla görüşü zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ərazisindən üçüncü tərəfin bazarlarına çıxış əldə etmək daha asandır.

Bundan başqa, tərəflər Gəncədə elektrobus istehsalının təşkil olunmasını müzakirə edib. Qeyd olunub ki, bu məsələ hazırda “Belkommunmaş” şirkəti ilə Gəncə avtomobil zavodu arasında nəzərdən keçirilir.

Eyni zamanda ölkələr Türkiyədə traktor istehsalı üzərində işləyir. Nazir müavini əlavə edib ki, aprel ayında ilkin nəticələr qiymətləndiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam