Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Səfir: "Ümid edirəm ki, Bakı-Dehli reysi Hindistandan daha çox insanın ..."

“Bakı-Dehli arasında birbaşa aviareysin açılması iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək”.

Yenixeber.org: Bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.

"Ümid edirəm ki, açılmış yeni reys Hindistandan daha çox insanın Azərbaycana səfər etməsini təşviq edəcək. Bakı-Dehli reysinin açılması xalqlararası təmasların təşviqinə, həmçinin biznes əlaqələrin genişlənməsinə imkan yaradacaq”, - səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan Hindistan turistləri arasında çox məşhur ölkədir: “Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu ilin ilk beş ayında isə Hindistandan xaricə səfər edənlərin 2 faizi Azərbaycana gəlib”.

Xatırladaq ki, iyunun 25-dən Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Hindistanın paytaxtı və ən böyük şəhərlərindən biri olan Dehliyə birbaşa uçuşlara başlayıb. AZAL-ın reysləri hər həftənin II və V günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar Heydər ƏliyevBeynəlxalq Aeroportu Terminal 1-dən həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam