Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Facebook - hər kəsə kredit istifadə etməyə imkan verəcək

"Facebook"un kriptovalyutası "Libra" və rəqəmsal pul qabı (Calibra) tətbiqinin vitse-prezidenti Kevin Veyl, "Facebook hər kəsin kredit istifadə etməsinə imkan verəcək" deyib.

Yenixeber.org: Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, "Facebook"un maliyyə xidmətləri sahəsində fəaliyyətini genişləndirəcəyini vurğulayan K.Veyl, bu mərhələdə diqqətlərini rəqəmsal pul qabıya (Calibra) yönəldəcəylərini və indiyə qədər heç vaxt kredit istifadə etməyənlərin də kreditdən istifadə etmələrini təmin edəcəylərini vurğulayıb.

"Libra" üçün hər kəsin rəqəmsal cüzdan yarada biləcəyini qeyd edən K.Veyl, bu da müştərilərin "Facebook"un maliyyə məhsullarına etibar etmələrinə əsas səbəb olacağını ifadə edib.

Xatırladaq ki, "Facebook"un kriptovalyutanı idarə edəcək "Libra" Birliyi kimi bir qeyri-kommersiya təşkilatı yaratmaq istədiyini və bu layihədə 100 tərəfdaşın iştirak etməsini hədəflədiyini vurğulayıb. "Libra" Birliyinin hazırda 20 tərəfdaşı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam