Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstan - yeni investisiya strategiyası hazırlayıb

Gürcüstan hökuməti ölkəyə investisiyaların cəlb olunması ilə bağlı 2020-2021-ci illər üçün yeni strategiya hazırlayıb.

Yenixeber.org: Strategiyanı bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava təqdim edib.

Onun sözlərinə görə, strategiyanın həyata keçirilməsi nəticəsində digər bir sıra üstünlüklərlə yanaşı, perspektivli sektorlarda 3500 yeni iş yeri yaradılacaq.

Nazir qeyd edib ki, qlobal və daxili problemlərə baxmayaraq, Gürcüstan regional sərmayə mərkəzinə çevrilməkdədir.

Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan sənəddə 40-a yaxın prioritet sektorun təhlili aparılıb. Bu sahələrə geyim və ayaqqabı, aviasiya və avtomobil hissələri istehsalı, mehmanxana və daşınmaz əmlak, elektrik enerjisi, elektrik avadanlığı istehsalı və digərləri daxildir.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam